top of page
Xuraman Həmidova

ABŞ: Çin uyğurlara qarşı SOYQIRIM həyata keçirib


ABŞ hakimiyyəti Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini "soyqırım" və "insanlıq əleyhinə cinayətlər" hesab edir.

DIQQƏT.info Report-a istinadən xəbər verir ki, belə bəyanatla ABŞ-ın dövlət katibi Maykl Pompeo çıxış edib.

"Əlçatan faktların dəqiq öyrənilməsindən sonra mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası ən azı 2017-ci ilin martında Sinzyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası orada soyqırım həyata keçirirdi", - Pompeonun bəyanatında iddia edilir.

Çin Xalq Respublikası hakimiyyəti daha əvvəl rəsmi Vaşinqtonun Sinzyan Uyğur muxtar vilayətində yerli sakinlərin haqlarının və azadlıqlarının sıxışdırılması barədə iddialarını dəfələrlə rədd edib.




10 views0 comments

Recent Posts

See All

Comments


bottom of page