top of page
Xuraman Həmidova

"ABŞ-a Qarabağda sülh və Rusiyanın liderliyi lazım deyil” - Korotçenko


Co Bayden administrasiyası nüfuzlu erməni lobbisinin təzyiqi ilə Cənubi Qafqazda sabitliyi pozmağa cəhd göstərə bilər. DİQQƏT.info xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib. Onun sözlərinə görə, ABŞ-ın yeni prezidentinin erməni lobbisi ilə sıx əlaqələrindən başqa, bu məsələdə regionda sülhün, iqtisadi yüksəlişin, ölkələrin qarşılıqlı fəaliyyətə başlamasının Vaşinqtonun milli maraqlarına cavab vermədiyini də nəzərə almaq lazımdır: “Ümumiyyətlə, ABŞ-ın postsovet məkanındakı siyasəti əvvəlki kimi qalacaq. Vaşinqton ən zəif bənd olan Ermənistan vasitəsilə regionun sabitliyini pozmağa çalışacaq. Ermənistanda antirusiya, revanşist qüvvələrin dəstəklənməsi və 10 noyabr tarixində imzalanan üçtərəfli bəyannaməyə yenidən baxılması üçün hər şey ediləcək. ABŞ-a Qarabağda sülh və Rusiyanın hansısa sahədə liderliyi lazım deyil”. Korotçenko Baydenin Azərbaycana qarşı siyasətində kifayət qədər təmkinli olacağını da əlavə edib: “Axı Azərbaycan Ermənistan deyil. Ona təzyiq göstərmək mümkün olmayacaq. Bu gün Cənubi Qafqazda yeni həqiqətlər var. Azərbaycan Qarabağ müharibəsində qalib gəlib və ərazi bütövlüyünü bərpa edib. O, Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Həm Azərbaycan, həm ABŞ öz siyasətini həyata keçirəcək”.

35 views0 comments

Recent Posts

See All

Commentaires


bottom of page