top of page

700 milyon manat kəsir - Dövlət Gömrük Komitəsində yoxlamalar başladı

  • Xuraman Həmidova
  • Feb 15, 2021
  • 1 min read

ree

Hüquq mühafizə orqanları Vergilər Nazirliyi ilə birgə DGK-da yoxlamalar aparıb. DİQQƏT.info xəbər verir ki, Ovqat.com-un əldə etdiyi məlumata görə, yoxlamanın nəticələri hakimiyyətin yüksək pillələrində oturanları belə şoka salıb. Məlumata görə, aparılan yoxlamalar zamanı 700 milyon manatdan çox kəsir aşkarlanıb. Özgə vaxt “mənim fəaliyyətimdə korrupsiya faktı tapın, istefa verim” deyən DGK-nin sədri general Səfər Mehdiyev kəsirin hansı səbəbdən yarandığına aydınlıq gətirə bilməyib. İddialara görə, kəsrin büdcəyə olan ödənişi əhatə etdiyi üzə çıxıb və onun hansı DGK rəhbərliyi tərəfindən mənimsənildiyi aşkar edilib. Əsas günahkarın indiki rəhbərlik olduğu müəyyənləşdirilib. Rəhbərliyə qısa zaman ərzində kəsirin ortadan qaldırılması tapşırığı verilib. Məlumata görə, DGK-də korrupsiya faktlarının araşdırılması hazırda da davam edir.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page