top of page

6 aydır komada olan qazimiz şəhid oldu - FOTO

  • Xuraman Həmidova
  • Apr 19, 2021
  • 1 min read

ree

Altı aydır, komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhid olub.

DİQQƏT.info-nun məlumatına görə, onun həyat yoldaşı Aydan Əbilova APA-ya bildirib ki, N. Əbilov bu gün səhər saat 7:00-da vəfat edib.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Həmin vaxtdan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.

Allah rəhmət eləsin!


ree


Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page