4 gün ərzində eyni məktəbin iki müəllimi koronavirusdan vəfat etdi
- Xuraman Həmidova
- Apr 14, 2021
- 1 min read

4 gün ərzində eyni məktəbdən iki müəllim koronavirusdan vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, söhbət Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin müəllimləri İradə Tağıyeva və Lalə Kərimovadan gedir.
Riyaziyyat müəllimi olan İradə Tağıyeva aprelin 10-da, İngilis dili fənnini tədris edən Lalə Kərimova isə bu gün Covid-19-un qurbanı olub.
תגובות