top of page

13 saylı həbsxanada müəmmalı məhbus ÖLÜMÜ - Penitensiar xidmət işgəncə iddialarını TƏKZİB EDİR

  • Xuraman Həmidova
  • Jan 13, 2021
  • 1 min read

Ədliyyə Nazirliyinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlardan birinin işgəncə nəticəsində dünyasını dəyişməsi barədə iddia yayılıb.

Bu barədə DİQQƏT.info-nun əldə etdiyi xəbərə görə, Gəncə sakini olan Röyal adlı məhkum bir neçə gündür ki, cərimə təcridxanasında saxlanılırmış. Onun hər gün mütəmadi olaraq döyüldüyü bildirilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov ölüm faktını təsdiqləyib.

Məhkumun işgəncədən ölməsi barədə iddianı isıə təkzib edən Mehman Sadıqov bildirib ki, ölüm səbəbi təyin olunmuş eksptertizanın nəticəsindən bəlli olacaq.

”İlkin məlumata görə, məhkumun ölüm səbəbi ürək çatışmazlığıdır” deyən Mehman Sadıqov əlavə şərh verməkdən imtina edib./Gününsəsi



Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page