top of page

128 gün komada olan qazimiz vəfat etdi - FOTO

  • Xuraman Həmidova
  • Feb 12, 2021
  • 1 min read

Updated: Feb 13, 2021



Dörd aydan çoxdur koma vəziyyətində olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.

DİQQƏT.info bildirir ki, Report-un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, 24 yaşlı Sumqayıt sakini T.İsmayılzadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı idi. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə könüllü olaraq cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

Tacəddin İsmayılzadə oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və komaya düşüb.

Allah rəhmət etsin!





Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page