Gürcüstanda 11 yaşlı azərbaycanlı qıza nişan mərasimi keçirilib.
DİQQƏT.info xəbər verir ki, Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində bir ailə öz övladına nişan mərasimi təşkil edib. Teleqram hesablarında və sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olan videonun 1 həftə öncə çəkildiyi bildirilir. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib. Qızı öz 15 yaşlı dayısı oğlu ilə nişanlayıblar.
Məsələ ilə bağlı Xalq Müdafiəçisinin (Ombudsman Aparatı) Kvemo-Kartlidə gender məsələləri üzrə mütəxəssisi Mari Gvidianiyə də məlumat verilib.
Həmin videonu təqdim edirik:
Comments