top of page
Xuraman Həmidova

100 minə yaxın azərbaycanlı fasebook istifadəçisinin şəxsi məlumatları OĞURLANDI


Xəbər verdiyimiz kimi, “Facebook”un 533 milyon istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. DIQQƏT.info bildirir ki, Unikal.orq-unReuters”ə istinadən verdiyi xəbərə görə, şəxsi məlumatları oğurlanan istifadəçilərin dünyanın 106 müxtəlif ölkəsindəndir. Bu ölkələr arasında Azərbaycan da var. Məlumata görə Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb. Şəxsi məlumatlar arasında istifadəçilərin bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar var. Məsələyə münasibət bildirən “Facebook” şirkəti məlumatların 2 il əvvəl təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.


7 views0 comments

Recent Posts

See All

Comments


bottom of page