top of page

10 - 0: Mövsümün rekordu - "Şerif" rəqibini darmadağın etdi

  • Xuraman Həmidova
  • Apr 16, 2021
  • 1 min read

Futbol üzrə Moldova Milli Divizionunda 2020/2021 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

DIQQƏT.info xəbər verir ki, mövsümün rekordu çempionatın XXVIII turunun "Sperantsa" - "Şerif" matçına təsadüf edib.

Tiraspol təmsilçisi səfərdə rəqibinə 10 cavabsız qolla qalib gəlib. Qonaqların heyətində Lovro Bizyak het-trik, Nadrey Daqo isə dubl müəllifi olub. Digər qolları Frank Kastanyeda, Dmitris Kolovos, Adama Traore, Qustavo Dulanto və Piter Banda vurublar.

Hazırda "Şerif"in formasını geyinən "Zirə"nin sabiq hücumçusu Riçard Qadze 70-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 77-yə çatdıran "Şerif" liderliyini möhkəmlədib. "Sperantsa" isə 19 xalla 8-ci pillədə qərarlaşıb./report

Comentários


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page