top of page
Xuraman Həmidova

Nazirlik qarşısında aksiya keçirən qaziləri nazir müavini qəbul etdi


Qarabağ müharibəsində sağlamlığını itirən 10-a yaxın qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib.


DİQQƏT.info xəbər verir ki, qazilər onlara göstərilən biganəlikdən şikayətləniblər.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, qaziləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və digər aidiyyəti rəsmilər qəbul edib.


F.Talıblının sözlərinə görə qazilərin şikayətləri dinlənilib.


“Müraciətlərinin bir hissəsi əlillik dərəcələrinin meyarları ilə əlaqəli olub. Nazirlik qanunvericiliyə uyğun olaraq əlillik qruplarına təyin edir. Bununla bağlı qazilərə qanunvericiliyin şərtləri izah edildi. Qazilərin təklifləri əsasında aidiyyəti qurumlarla müzakirələr aparılacaq».


Şöbə müdiri bildirib ki, qazilərin məşğulluq məsələsi ilə bağlı da müzakirələr aparılıb:


«Müraciətlər yerindəcə qeydə alındı və uçota götürüldü. Qazilərimiz uyğun işlərlə təmin ediləcək”./bizimmedia

18 views0 comments

Recent Posts

See All

댓글


bottom of page