top of page

BMCMİ əməliyyat keçirdi: Həbs olunan var

  • Xuraman Həmidova
  • Nov 9, 2020
  • 1 min read

Abşeron rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş Q.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qram heroin götürülüb.

Davam etdirilən tədbirlərlə Q.Hüseynovu evinə gətirmiş F.Salmanovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı oradan da Q.Hüseynova məxsus 135 qramdan artıq heroin, 600 qrama yaxın tiryək, 857 qram metamfetamin, 4 ədəd metadon həbləri və 4 ədəd elektron tərəzi aşkar edilib.

Комментарии


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page